Tətbiqi dilçilik

praktik vəzifələrin həm linqvistin, həm də informasiya axtarışının - maşın tərcüməsi, terminologiya, linqvodidaktika, informasiya problemləri kimi digər sahələrin linqvistik- nəzəri tətbiqi.
Təsviri tərcümə
Tətbiqi linqvistika
OBASTAN VİKİ
Tətbiqi dilçilik
Tətbiqi dilçilik - nəzəri dilçiliklə yanaşı, dilçilik elminin bir sahəsidir. Dilin öyrənməsi ilə bağlı təcrübi məsələlərin həllində, eləcə də digər sahələrdə linqvistik nəzəriyyənin təcrübi istifadəsi ilə bağlı elmdir. Tətbiqi dilçilik ənənəsi qismən 1950-ci illərin sonlarında generativ dilçiliyin yaranması ilə dilçilikdə diqqətin azalmasına reaksiya olaraq özünü büruzə vermişdir və həmişə sosial məsuliyyətli rolunu qoruyub saxlamışdır. Tətbiqi dilçilik sahəsi Avropa və ABŞ-da başlasa da, bu sahə beynəlxalq kontekstdə sürətlə inkişaf etmişdir. Tətbiqi dilçilik ilk növbədə dilçiliyə əsaslanan prinsipləri və təcrübələri əhatə edirdi. 1960-cı illərdə isə tətbiqi dilçilik dilin qiymətləndirilməsi, dil siyasəti və ikinci dilin mənimsənilməsini əhatə edəcək şəkildə genişləndirilmişdir. Artıq 1970-ci illərdə tətbiqi dilçilik nəzəri dilçilikdən daha çox problem yönümlü sahəyə, o cümlədən real dünyada dil problemlərinin həllində mühüm rol oynayan sahəyə çevrilmişdir. 1990-cı illərdə tətbiqi dilçilik tənqidi tədqiqatları və çoxdilliliyi əhatə edəcək şəkildə genişlənmişdir. Tətbiqi dilçilikdə aparılan tədqiqatlar “dilin əsas məsələ olduğu real dünya problemlərinin nəzəri və empirik tədqiqinə” keçmişdir. ABŞ-da tətbiqi dilçilik də struktur dilçilikdən gələn fikirlərin tətbiqi kimi dar çərçivədə başlamışdır.
Dilçilik
Dilçilik, dilşünaslıq, linqvistika — dil, dilçilik, onun ictimai təbiəti və funksiyaları, daxili quruluşu, funksiyalarının qanunauyğunluqları, tarixi inkişafı və konkret dillərin təsnifatı haqqında elm. Dil (mövcud və ya nə vaxtsa mövcud olmuş dillər) haqqında elm. Dilçiliyə qədərki, mikrodilçilik və metadilçilik kimi hissələrə bölünür. Nəzəri dilçilik şərti olaraq ümumi və xüsusi dilçiliklərə bölünür. İngilis və fransız mənbələrində linqvistika işlənsə də o, dilçiliyin sinonimi kimi başà düşülür. Strukturalizmdə daxili və xarici dilçilik fərqləndirilsə də, linqivistika ümumi və nəzəri dilçiliyin bir hissəsi kimi başa düşülür. XX əsrin 50-ci illərindən bu yana linqvistika çağdaş, sinxron, daxili struktura yönəlikli bir elm kimi götürülür və bütün səviyyələrdə dil qanunauyğunluqlarını aydın və formal təsvir metodlarla tədqiq edir.
Tətbiqi elmlər
Texniki elmlər — Texnikanın özünü və ya onun inkişafı üçün mühüm əhəmiyyət kəsb edən hadisələri tədqiq edən elmlər məcmusu. Texniki elmlərin inkişafına qədim dövr mühəndislərindən Arximed, Heron, Papp, Leonardo da Vinçi və başqaları böyük töhfə vermişlər. İlk texniki elmlərdən biri fizika və arxitektura elmləri daxilində öyrənilən mexanika elmi olmuşdur. Sənayedə inqilabın baş verməsi ilə texnika və texnologiyanın akademik səviyyədə öyrənilməsinə tələbat yarandı. Texniki elmlərin tədrisi ilə məşğul olan belə təhsil müəssisələrindən biri 1794-cü ildə əsası qoyulan Qaspar Monjanın Politexnik məktəbi olmuşdur. Bununla da kütləvi şəkildə mühəndis biliklərinə yiyələnmək dövrü başladı. Bu da XIX əsrdə elektrotexnikanın, XX əsrdə isə radiotexnikanın, kosmonavtikanın, robot texnikasının yaranması və inkişaf etdirilməsinə gətirib çıxarıblar. Tətbiqi elmlər bir və ya bir neçə təbiət elmləri sahəsindəki elmi biliklərin praktikada yaşanan problemlərinin həllindəki istifadəsinə verilən addır. Mühəndislik elmləri tətbiqi elmlərin ən yaxşı nümunələridir. Tətbiqi elmlər texnologiya üçün çox vacib bir sahədir.
Tətbiqi fizika
Tətbiqi fizika müəyyən texnoloji və ya praktiki məqsədə çatmaq niyyəti ilə fiziki obyektlər haqqında biliklərin istifadəsidir. Həmçinin fizika və mühəndislik arasında körpü və ya əlaqə olaraq hesab edilir. "Tətbiqi" ifadəsi tədqiqatçıların motivasiyası və münasibəti və fəaliyyətdən təsirlənə biləcək texnologiya və ya elmlə əlaqənin təbiəti kimi amillərin incə kombinasiyası ilə "saf"dən fərqlənir. Tətbiqi fizika fundamental həqiqətlərə və fiziki elmlərin əsas anlayışlarına söykənir, lakin elmi prinsiplərin praktik cihazlarda və sistemlərdə istifadəsi və fizikanın elmin digər sahələrində tətbiqi ilə əlaqədardır. Tətbiqi fizika müəyyən mənada mühəndislikdən fərqlənir; tətbiqi fizik bir şey dizayn etmir, əksinə yeni texnologiyaların inkişafı və ya mühəndislik probleminin həlli məqsədilə fizika tədqiqatları aparır. Bu yanaşma tətbiqi riyaziyyata olan yanaşma ilə oxşardır. Tətbiqi fiziklər də elmi tədqiqatlar üçün fizikanın istifadəsi ilə maraqlanırlar. Məsələn, sürətləndirici fizikası sahəsi yüksək enerji toqquşdurucularının dizaynını və inşasını təmin edən mühəndislərlə işləməklə nəzəri fizikadaki tədqiqatlara töhfə verə bilər.
Tətbiqi proqramlar
Tətbiqi proqramlar və ya Tətbiqi proqram paketi (TPP) – istifadəçinin müəyyən sinif məsələlərini həll etmək üçündür. Tətbiqi proqramlar istifadəçinin aşağıda göstərilən işlərini yerinə yetirir: Mətnlərin emalı (Lexicon, ChiWriter, Microsoft Word, LibreOffice Writer və s.) Elektron cədvəllərin emalı (Microsoft Excel, LibreOffice Calc və s.) Verilənlər bazasının idarəsi (FoxPro, Paradox, Microsoft Access, LibreOffice Base və s.) Kommunikasiya (Internet Explorer, Netscape Communicator) İdarəetmənin avtomatlaşdırılması-Avtomatlaşdırılmış idarəetmə sistemləri (Market Manager və b.) Multimedia (Windows Media Player və b.) Simulyasia (modelləşdrmə) Treyninq Texniki servis Tərcümə (Dilmanc) Diaqnostika Qeyd olunan funksialar tətbiqi proqramların "bacardığı" işlərdən yalnız bir hissəsidir. Ə.M.Abbasov, M.A.Camalbəyov və b. "Market Manager" İdarəetmə sistemi. Elmi-metodik vəsait.- "İqtisad Universiteti" nəşriyyatı. Bakı, 2002, 156 s. Hesablama maşınları və kompüterlər haqqında ümumi məlumat, R.Q. Ələkbərov, t.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutu. Соломенчук В.Г. Аппаратные средства персональных компьютеров – СПБ.: БХВ –Петербург, 2003 – 512с.
Tətbiqi riyaziyyat
Tətbiqi riyaziyyat — riyazi metodların müxtəlif sahələrdə, o cümlədən fizika, mühəndislik, tibb, biologiya, biznes, kompüter elmləri və sənayedə tətbiqi. Beləliklə, tətbiqi riyaziyyat riyazi elmlə ixtisaslaşdırılmış biliyin birləşməsidir. "Tətbiqi riyaziyyat" termini, həmçinin riyaziyyatçıların riyazi modelləri formalaşdıraraq və öyrənərək praktiki problemlərin üzərində işlədiyi peşə ixtisasını təsvir edir. Keçmişdə praktiki tətbiqlər riyazi nəzəriyyələrin (hansı ki, sonralar mücərrəd anlayışların öyrənildiyi xalis riyaziyyatda araşdırma mövzusu olmuşdur) inkişafına təkan vermişdir. Beləliklə, tətbiqi riyaziyyatın fəaliyyəti xalis riyaziyyatdakı tədqiqatlarla sıx bağlıdır. Tarixən tətbiqi riyaziyyat, əsasən, tətbiqi təhlildən, xüsusən də, diferensial tənliklərdən; aproksimasiya nəzəriyyəsindən və tətbiqi ehtimaldan ibarət olmuşdur. Riyaziyyatın bu sahələri Nyuton fizikası ilə birbaşa əlaqəlidir və əslində, riyaziyyatçılar və fiziklər arasındakı aydın fərq 19-cu əsrin ortalarına qədər kəskin şəkildə vurğulanmamışdır. Bu tarix Amerika Birləşmiş Ştatlarına pedaqoji bir miras buraxmışdır: 20-ci əsrin əvvəllərinə qədər klassik mexanika kimi fənlər Amerika universitetlərinin əksəriyyətində Fizika kafedralarında yox, Tətbiqi Riyaziyyat kafedralarında öyrədilmişdir və axışqanlar mexanikasının hələ də Tətbiqi Riyaziyyat kafedralarında keçilməsi hallarına rast gəlinir. İndi maliyyə riyaziyyatı universitetlərdəki Riyaziyyat kafedralarında tədris olunur və bütövlükdə, tətbiqi riyaziyyatın bir qolu hesab olunur. Mühəndislik və kompüter elmləri kafedraları ənənəvi olaraq tətbiqi riyaziyyatdan istifadə edir.
Tətbiqi sosiologiya
Tətbiqi sosiologiya — konkret şəraitdə mütərəqqi sosial dəyişmələrin həyata keçirilməsinə istiqamətlənmiş, elmi cəhətdən kifayət qədər əsaslandırılmış proqnozlar, tövsiyələr işləyib hazırlayan elm sahəsidir. Bəşər tarixinin bütün mərhələlərində insanların yaşayıb,fəaliyyət göstərdikləri cəmiyyətin dərk edilməsinə və ona münasibət göstərilməsinə tələbatı təbiidir. Sosiologiya yunan dilində “societas” (cəmiyyət) və yunanca “loqos” (söz, təlim) sözlərinin birləşməsindən meydana gələrək ən ümumi mənada cəmiyyət haqqında elm deməkdir. Bəşər tarixinin bütün mərhələlərində insanların yaşayıb, fəaliyyət göstərdikləri cəmiyyətin dərk edilməsinə və ona münasibət göstərilməsinə tələbatı təbiidir Sosiologiyanın predmetinə çoxlu sayda müxtəlif sosial hadisələr aid edilir: cəmiyyətlə şəxsiyyət arasında, millətlər, siniflər, nəsillər, digər sosial birliklər arasında münasibətlər yalnız ictimai - siyasi, mənəvi sahələr tədqiq edilməklə başa düşülə bilər. Sosiologiya elmi iki bərabər hissədən: nəzəri və tətbiqi hissələrdən ibarətdir. Nəzəri sosiologiya sosial proseslərin qanunauyğunluqlarını aşkara çıxarır. Nəzəri tədqiqatlar həmin qanunları daha adekvat əks etdirdikdə qiymətlidir. Nəzəri sosiologiya sosial gerçəklik barəsində biliklərin formalaşması, sosial inkişaf proseslərinin izahı və dərk olunması, sosioloji tədqiqatların metodologiyası və metodlarının işlənib hazırlanması ilə bağlı olan elmi problemləri həll edir. İşlənib hazırlanan nəzəriyyələr, konsepsiyalar iki başlıca suala cavab verməlidir: nə dərk olunur və necə dərk olunur? Tətbiqi sosiologiya elə problemləri öyrənir ki, onlar sosial gerçəkliyin yenidən qurulması ilə, sosial proseslərə məqsədyönlü təsir göstərməyin yollarını, vasitələrini araşdırmaqla bağlıdır.
Veb tətbiqi
Veb tətbiqi (ing. web application) — veb brauzerdən istifadə edərək əldə edilən tətbiq proqramı. Veb proqramları ümumdünya hörümçək torunda aktiv şəbəkə bağlantısı olan istifadəçilərə çatdırılır. "Netscape" 1995-ci ildə proqramçılara müştəri tərəfində işləyən istifadəçi interfeysinə bəzi dinamik elementlər əlavə etməyə imkan yaradan "JavaScript" adlı skript dilini təqdim etmişdir. Beləliklə, bütöv bir veb səhifə yaratmaq üçün serverə məlumat göndərmək əvəzinə, yüklənmiş səhifənin daxil edilmiş skriptləri daxiletmənin təsdiqlənməsi və ya səhifənin hissələrini göstərmək/gizlətmək kimi müxtəlif tapşırıqları yerinə yetirə bilər. 1999-cu ildə "Servlet Specification" 2.2 versiyasında "Java" dilində "veb tətbiqi" konsepsiyası təqdim edilmişdir. O zaman həm "JavaScript", həm də XML artıq işlənib hazırlanmışdı, lakin "AJAX" hələ yaradılmamışdı və "XMLHttpRequest" obyekti yalnız "ActiveX" obyekti kimi "Internet Explorer 5"də təqdim edilmişdi. "Gmail" kimi tətbiqlər 2000-ci illərin əvvəllərindən etibarən öz müştəri tərəflərini getdikcə daha interaktiv etməyə başladı. Veb səhifə skripti bütün veb səhifəni yükləmədən məlumatların saxlanması/alınması üçün serverlə əlaqə saxlaya bilir. Təcrübə 2005-ci ildə "Ajax" kimi tanınmışdır.
Tətbiqi proqram
Tətbiqi proqramlar və ya Tətbiqi proqram paketi (TPP) – istifadəçinin müəyyən sinif məsələlərini həll etmək üçündür. == Tətbiqi proqramların funksiyaları == Tətbiqi proqramlar istifadəçinin aşağıda göstərilən işlərini yerinə yetirir: Mətnlərin emalı (Lexicon, ChiWriter, Microsoft Word, LibreOffice Writer və s.) Elektron cədvəllərin emalı (Microsoft Excel, LibreOffice Calc və s.) Verilənlər bazasının idarəsi (FoxPro, Paradox, Microsoft Access, LibreOffice Base və s.) Kommunikasiya (Internet Explorer, Netscape Communicator) İdarəetmənin avtomatlaşdırılması-Avtomatlaşdırılmış idarəetmə sistemləri (Market Manager və b.) Multimedia (Windows Media Player və b.) Simulyasia (modelləşdrmə) Treyninq Texniki servis Tərcümə (Dilmanc) Diaqnostika Qeyd olunan funksialar tətbiqi proqramların "bacardığı" işlərdən yalnız bir hissəsidir. == Ədəbiyyat == Ə.M.Abbasov, M.A.Camalbəyov və b. "Market Manager" İdarəetmə sistemi. Elmi-metodik vəsait.- "İqtisad Universiteti" nəşriyyatı. Bakı, 2002, 156 s. Hesablama maşınları və kompüterlər haqqında ümumi məlumat, R.Q. Ələkbərov, t.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutu. Соломенчук В.Г. Аппаратные средства персональных компьютеров – СПБ.: БХВ –Петербург, 2003 – 512с.
Akkomodasiya (dilçilik)
Akkomodasiya və ya samitlərlə saitlərin uyuşması — Bu hadisə assimilyasiya hadisəsinə oxşardır. Fərqi isə, bu hadisə saitlərlə samitlər arasında baş verir. Al, əl, ol, öl sözlərində l samiti dörd çalarda tələffüz edilir. Saitin keyfiyyəti samitə təsir edir, onu öz məxrəcinə çəkir. Örtülü-qapalı sözlərdə bu təsir söz əvvəlində də hiss olunur. Bal və bil sözlərində l samiti qalın və incə çalarlığa malik olduğu kimi, sözün əvvəlindəki b samiti də a saitinin təsiri altında, nisbətən, dil arxasında, i saitinin təsiri altında isə dil önündə deyilir.
Areal dilçilik
Areal dilçilik (və ya dilçilik coğrafiyası) – dil hadisələrinin yayılma məkanını öyrənən dilçilik sahəsi. XIX əsrdə meydana gəlmişdir. Areal dilçiliyin yaranması, əsasən, alman alimi İ.Şmidtin adı ilə bağlıdır. J.Jilyeron, M.Bartoli, C.Bon Fante, K.Yaberq, Y.Yud və başqalarının da bu sahədə sanballı tədqiqatları var. Areal dilçilik nümayəndələrinin fikrincə, dildə hər cür yeniliyin meydana gəlməsi dillərin qarşılaşmasının nəticəsidir və buna əsasən dünyanın dilçilik xəritəsini tərtib etmək, dillərin yayılma coğrafiyasını müəyyənləşdirmək mümkündür. Areal dilçilik daha çox dialektləri və şivələri öyrənir.
Assimilyasiya (dilçilik)
Assimilyasiya və ya uyuşma — səs uyuşması səslərin sonluq və başlanğıc mərhələlərinin əsasında baş verir. == Təsnifi == Bir səs başqa səsə təsir göstərir, onu öz məxrəcinə uyğunlaşdırır. Məsələn: şəhərli–şəhərri, anlamaq–annamax və s. Səsin başqa səsə təsirinin nəticəsinə görə uyuşma iki cür olur: tam uyuşma, natamam uyuşma. Tam uyuşmada bir səs o biri səsi öz məxrəcinə çevirir. Məsələn: sönməz–sömməz, çıxarlar–çıxallar və s. Natamam uyuşmada bir səs o biri səsə təsir edib onu öz məxrəcinə yaxınlaşdırır. Məsələn: qızlar–qızdar, qaçdı–qaşdı və s. İstiqamətinə görə uyuşma iki cür olur: irəli uyuşma, geri uyuşma. İrəli uyuşmada əvvəl gələn səs sonrakı səsə təsir edir, öz məxrəcinə uyğunlaşdırır.
Barbarlıq (dilçilik)
Barbarlıq (dilçilik) — Barbarlıq bir dildə qeyri-standart bir söz, ifadə və ya tələffüzdür, xüsusən də morfologiyada səhv kimi qəbul edilir. Bu etiket əvvəlcə qədim yunan və ya latın dilini digər dillərlə qarışdırmaq üçün tətbiq edilmişdi, lakin klassik tədqiqatlarda hər hansı uyğun olmayan söz və ya ifadələrə, nəhayət, cilalanmamış və ya kobud hesab edilən istənilən dilə istinad etmək üçün genişləndirilmişdir. Termin əsasən yazılı dil üçün istifadə olunur. Müasir dilçilikdə ümumi qəbul edilmiş texniki mənası olmayan bu termin müasir deskriptor alimləri tərəfindən az istifadə olunur. == Mənşəyi == Barbarlıq termini ilk dəfə ellinlər tərəfindən dillərinə daxil olan yad elementlər üçün istifadə edilmişdir. (“Barbarismos” sözü “barbaros” sözü ilə bağlıdır; o, ellinlərin işlətdiyi təbiətin təqlidi olan “bar-bar-bar” sözündəndir, “danışmaq” mənasını verir – buna görə də hər iki barbarın mənfi xasiyyəti. və barbarlıq.) Eynilə, digər dillərdə anglicism, ingiliscə qallicism [Məsələn, to be present at əvəzinə kömək etmək üçün feldən istifadə etmək, müq. Fransız köməkçisi] barbarlığa misal olaraq germanizm, ispanizm və s. == İngilis dili == Uyğun olmayan istifadəni təsvir etmək üçün ingilis dilində sözün ən erkən istifadəsi 16-cı əsrdə, xüsusilə klassiklərlə əlaqəli mətnlərdə digər dillərin Latın və ya Yunanca ilə qarışdırılmasına istinad etmək idi. XVII əsrə qədər barbarlıq daha ümumi və daha az dəqiq olan uyğun olmayan bir dil hissi almışdı.
Deskriptiv dilçilik
Deskriptiv dilçilik — struktur dilçiliyin bir qolu, latın sözü olub, "descriptivus - təsviri" mənasında işlənir. Bu cərəyan deskriptiv dilçilik məktəbi, yəni təsviri dilçilik məktəbi də adlanırdı. == Haqqında == 1930-50-ci illərdə Amerika dilçiliyində aparıcı cərəyan olmuşdur. Deskriptiv dilçiliyin banisi Leonard Blumfild onun nəzəriyyəsini “Dil” (1933) adlı kitabında formulə etmişdir. Burada müəllifin özünün dilə aid yeni baxışları əks olunmuşdur. Kitabda, həmçinin dilin təhlil metodları və prinsiplərinin şərhinə geniş yer verilmişdir. Blumfild öz elmi konsepsiyasında dili formal cəhətdən təsvir etməyi hərtərəfli əsaslandırmışdır. Blumfildin “Dil” monoqrafiyasında diqqəti cəlb edən qiymətli cəhətlərdən biri qrammatika nəzəriyyəsidir. Onun qrammatika nəzəriyyəsində qrammatik forma əsas yer tutur. Burada müəllif qrammatik anlayışlara dair əsas terminləri müəyyənləşdirməyə də ciddi səy göstərmişdir .
Kalka (dilçilik)
Kalka (fr. calque — kopiya) ya da Hərfi tərcümə — linqvistikada başqa dillərin söz, ifadə və frazaların, dil vahidinə uyğun olaraq hərfi tərcümə ilə mənimsənilməsi. Kalkaların yaranmasına gətirən mənimsəmə üsulu kalka ya da kalkalaşdırmaq adlanır. Kalkanın öyrənilməsiylə linqvistika, leksikoloqiya və tərcüməşünaslıq məşğul olur. Kalkalar dil daşıyıcılarının, xarici dilin məişətə və elmə xarici mənimsəmələrin kəskin artımına - müxtəlif tarixi mərhələlərdə Azərbaycan dilinə ardıcıl olaraq fars, ərəb, rus, alman, fransız, ingilis dillərindən, birbaşa reaksiya kimi yaranıb. Bəzi, məsələn island dillində, kalkalaşdırma - praktiki olaraq xarici leksikanın yeganə assimilyasiya vasitəsidir. Linqivistikada aşağıdakı kalka növləri var: sözyaradan kalka; semantik kalka; frazeoloji kalka; yarımkalkalar; yalançı kalkalar. Sözyaradan kalkalar - xarici sözün bir dildən o biri dilə morfemlərlə tərcüməsindən əldə edilir. Kalka adətən mənimsənilmiş söz kimi duyulmur, çünki öz dilinin morfemlərindən ibarət olur. Buna görə bu sözlərin gerçək mənşəyi, çox vaxt bu barədə ilk dəfə bilən insan üçün gözlənilməz olur.
Məna (dilçilik)
Məna sözün bildirdiyi fikirdir. Sözlər birdən çox məna verə bilər. Bu vəziyyətdə mənaların biri orijinal məna, digəri köməkçi məna, başqa biri metaforik mənadır. Sözlər zamanla zənginləşə və ya mənasını itirə bilər. Onların mənasını itirməsinə məna kiçilməsi, yeni mənalar qazanması hadisəsinə isə məna genişlənməsi deyilir. Semantika sözlərin mənalarını və onların zamanla dəyişilməsini müşahidə edir. Sözlər həqiqi və məcazi mənada olurlar. Bəzi sözlər tarixi dövr ərzində həqiqi mənasını itirərək slenqə çevrilir. Bəzi sözlər çox mənalıdır: Gül kimi və yaxud dil kimi. Bəzi sözlər geniş mənalarından əvvəl dar məna ifadə edirlər.
Transkripsiya (dilçilik)
Transkripsiya — (lat. "Transkriptio" — üzününün köçürülməsi), məlumatın üzününün köçürülməsi adlanır. Transkripsiya bir dilin səslərinin başqa bir yazı sistemi ilə, xüsusən də fonetik və ya fonemik simvollarla qeyd edilməsidir. Bu proses dilin səslərini daha dəqiq və birbaşa ifadə etmək üçün istifadə olunur. Transkripsiya iki əsas növə bölünür: 1. Fonetik transkripsiya: Bu, dilin faktiki səslərini mümkün qədər dəqiq şəkildə ifadə etmək üçün nəzərdə tutulub. Beynəlxalq Fonetik Alfabet (IPA) ən geniş istifadə olunan fonetik transkripsiya sistemidir. Bu sistem, bütün dünyada dillərin səslərini standartlaşdırılmış simvollarla ifadə edir. 2. Fonemik transkripsiya: Bu, bir dilin fonemlərinin, yəni mənalı səslərinin yazıya çevrilməsidir. Fonemik transkripsiyada, səslərin müxtəlif fonetik dəyişiklikləri nəzərə alınmır, sadəcə dilin səsləri müəyyənləşdirilir və qeyd olunur. Transkripsiya dilin səslərinin öyrənilməsi və tədrisi üçün vacibdir və dilçilər tərəfindən tez-tez istifadə olunur.
Koqnitiv dilçilik
Koqnitiv dilçilik — dili informasiyanı kodlaşdıran və transformasiya edən koqnitik mexanizm kimi öyrənir. Koqnitiv dilçilik dil və təfəkkür mürəkkəb münasibətlərini öyrənir. Dillə insanın qarşılıqlı münasibətlərini öyrənilməsinin bünövrəsini nevropsixoloqlar qoymuşlar. Neyrofiziologiyanın əsasında neyrolinqvistika yarandı. Bu sahənin görkəmli nümayəndələri L. İ. Vıqotski və A. R. Luriyadır. Məlum oldu ki, dil fəaliyyəti insanın beynində baş verir, dil fəaliyyətinin müxtəlif şəkilləri (dil mənimsəmə, dinləmə, danışma, məktub, oxuma və s.) baş beynin müxtəlif nahiyələri ilə əlaqədardır. == Koqnitiv dilçiliyin formalaşması və inkişafı tarixi == Koqnitiv dilçiliyin yaranması təkcə dilçilik tarixi ilə deyil, həm də daha geniş perspektivdə idrak tədqiqatlarının inkişafı və qondarma "koqnitiv elm"in formalaşması (cognitive science; rus dili nəşrlərində "koqnitologiya" və ya da "kogitologiya" terminləri rast gəlinir) ilə müəyyən edilmişdir. Koqnitiv dilçiliyin meydana gəlməsi 1989-cu ilin yazında Duysburqda (Almaniya) keçirilən və eyni zamanda koqnitiv dilçilik üzrə ilk beynəlxalq konfransa çevrilən beynəlxalq dilçilik simpoziumu ilə üst-üstə düşür. Simpoziumun iştirakçıları Beynəlxalq Koqnitiv Linqvistika Assosiasiyasını yaratmış, Koqnitiv Dilçilik jurnalını təsis etmiş və Koqnitiv Dilçilik Tədqiqatları silsiləsi monoqrafiyalar hazırlamışlar, sonradan bu istiqamətin görkəmli nümayəndələr əsərlərini nəşr etdirdi. Dil və təfəkkür arasındakı əlaqə probleminin inkişafının növbəti mərhələsi psixolinqvistika idi ki, onun çərçivəsində nitqin əmələ gəlməsi və qavranılması prosesləri, dilin insan şüurunda saxlanılan əlamətlər sistemi kimi öyrənilməsi prosesləri, dil sistemi və onun istifadəsi və fəaliyyəti öyrənilmişdir (amerikalı psixolinqvistlər C. Osquod , T. Sebeok , C. Greenberg , C. Carroll , rus dilçiləri A. A. Leontyev , I. N. Gorelov , A. A. Zalevskaya , Y. N. Karaulov) Beləliklə, koqnitiv dilçilik müasir dilçilik elminin müstəqil sahəsi kimi koqnitiv elmdən çıxmışdır.
Say (dilçilik)
Say — Canlı və cansız varlıqların sırasını və ya miqdarını bildirən əsas nitq hissəsi. "Neçə?", "nə qədər?", "neçənci?" suallarından birinə cavab verir. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s. Sıra sayları — əşyanın sırasını bildirən, neçənci?, bəzən də hansı? sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə (birinci, ikinci və s.), ya da mürəkkəb (on birinci, otuz ikinci və s.) olur.
Saylar (dilçilik)
Say — Canlı və cansız varlıqların sırasını və ya miqdarını bildirən əsas nitq hissəsi. "Neçə?", "nə qədər?", "neçənci?" suallarından birinə cavab verir. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s. Sıra sayları — əşyanın sırasını bildirən, neçənci?, bəzən də hansı? sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə (birinci, ikinci və s.), ya da mürəkkəb (on birinci, otuz ikinci və s.) olur.
İnversiya (dilçilik)
İnversiya — nitqin bədii təsirini artırmaq üçün sözlərin sırasının qəsdən pozulması (inversiya - yerdəyişmə deməkdir). Daha çox nəzmdə istifadə olunur. İnversiya obrazlılığın qrammatik səviyyədə göstəricilərindən biridir. Adətən söz sırasında ilk olaraq Mübtəda ondan sonra tamamlıq sonda xəbər və xəbərdən əvvəl zərflik işlənməli təyin isə aid olduğu üzvdən əvvəl işlənməlidir. Başın var, başını başsızdan qoru, Zarafat gəlməsin sənə bu dünya.
Elmi dilçilik
Dilçilik, dilşünaslıq, linqvistika — dil, dilçilik, onun ictimai təbiəti və funksiyaları, daxili quruluşu, funksiyalarının qanunauyğunluqları, tarixi inkişafı və konkret dillərin təsnifatı haqqında elm. Dil (mövcud və ya nə vaxtsa mövcud olmuş dillər) haqqında elm. Dilçiliyə qədərki, mikrodilçilik və metadilçilik kimi hissələrə bölünür. Nəzəri dilçilik şərti olaraq ümumi və xüsusi dilçiliklərə bölünür. İngilis və fransız mənbələrində linqvistika işlənsə də o, dilçiliyin sinonimi kimi başà düşülür. Strukturalizmdə daxili və xarici dilçilik fərqləndirilsə də, linqivistika ümumi və nəzəri dilçiliyin bir hissəsi kimi başa düşülür. XX əsrin 50-ci illərindən bu yana linqvistika çağdaş, sinxron, daxili struktura yönəlikli bir elm kimi götürülür və bütün səviyyələrdə dil qanunauyğunluqlarını aydın və formal təsvir metodlarla tədqiq edir.
Morfologiya (dilçilik)
Morfologiya (yun. μορφή -forma, λόγος-elm) — Linqvistikada nitq hissələri və onların dəyişilmə qaydalarını öyrənir. Termin biologiyadan götürülüb, hal-hazırda da bu elmdə işlənməkdədir. Morfologiya termini dilçiliyə məşhur alman dilçisi, naturalizm dilçilik məktəbinin banisi A. Şlayxer tərəfindən gətirilib. Morfologiya qaydalarına dilin daxili strukturlarını izah edən sözlər daxildir. Morfologiya sözlərin iç quruluşundakı dil faktlarına bağlı qaydaları öyrənir. Morfologiya qrammatik əsas iki formasından (sintaksis) biri olub, sözün formalarını öyrənir. Morfologiyanın əsas mövzusu nitq hissələridir. Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır. Müasir dilçilikdə morfologiya dilin ayrıca səviyyəsi və dilçilik şöbəsi kimi qəbul edilir.
Dilçilik tarixi
Linqvistikanın tarixi — Linqvistikanın (dilçiliyin) tarixi çox qədim dövrlərə dayanır və mədəniyyətlərin dilə marağından qaynaqlanır. Müasir dilçilik elmi, əsasən 19-cu və 20-ci əsrlərdə formalaşmış olsa da, bu sahənin kökləri minillər əvvəllərə gedib çıxır. **Linqvistika** zamanla dilin təkcə təsviri və tədqiqi ilə deyil, həm də onun mənşəyi, təkamülü və insan beyni ilə əlaqəsi üzərində dayanmışdır. Linqvistikanın inkişaf tarixi əsasən üç əsas dövrə bölünə bilər: qədim dövr, klassik dövr və müasir dövr. == Qədim dövr == === Hindistan (Panini məktəbi) === Dilçilik sahəsində ən qədim tədqiqatların biri Hindistanda başlamışdır. Sanskrit dilini və onun qrammatikasını sistematik şəkildə öyrənən Panini(təqribən eramızdan əvvəl 4-cü əsr) bu sahədə ən məşhur şəxsiyyətlərdən biridir. Onun yazdığı "Aştadhyayi" adlı əsər Sanskrit dilinin qrammatikasını izah edir və dilin səslərdən (fonologiya) morfologiyaya qədər bütün səviyyələrini sistematik şəkildə təhlil edir. Bu əsər dilin strukturlarını və onun tənzimləmə qaydalarını ilk dəfə ətraflı şəkildə izah edən ilk elmi yanaşma hesab olunur. === Qədim Yunanıstan === Qərb dünyasında dilin sistematik araşdırılması qədim Yunanıstanda başladı. Yunan filosofları dilin mənşəyi və təbiəti ilə maraqlanmışdılar.
Preskriptivizm (dilçilik)
Preskriptivizm (linqvistika) — dilçilikdə (lingvistika) və dilin istifadəsi ilə bağlı olan sahələrdə, dilin necə istifadə edilməli olduğuna dair qaydalar təyin edən yanaşma. Bu yanaşmaya əsaslanan dil mütəxəssisləri və ya dil qaydalarını təyin edənlər, dilin "doğru" və ya "səhv" yollarını müəyyən edərək, müəyyən bir dili standartlaşdırmaq və onun düzgün istifadəsini təmin etmək məqsədini güdürlər. Preskriptivizm fərdi və ya sosial baxımdan qəbul edilən "düzgün" dil formalarını tərifləyir və istifadəçiləri bu formalarla məhdudlaşdırmağa çalışır. Əsasən qrammatika, tələffüz, leksika və yazılı dildə hansı formaların "düzgün" olduğu ilə bağlı qaydalar verir. == Preskriptivizmin xüsusiyyətləri == Preskriptiv yanaşma dilin qrammatik, sintaktik və üslubi qaydalarını ciddi şəkildə müəyyən edir və onlara uyğun şəkildə dilin istifadə edilməsini tələb edir. Məsələn, müəyyən ifadələr və ya qrammatik strukturlar "yanlış" hesab edilə bilər və "düzgün" formalarla əvəz olunmalıdır. Preskriptivistlər dilin vahid bir standart forması olmalı olduğunu iddia edirlər. Onlar tez-tez dilin standart formalarını müdafiə edir və dialektləri və ya qeyri-standart formaları tənqid edirlər. Preskriptiv yanaşma dilin zamanla dəyişməsinə qarşı çıxır və ənənəvi olaraq qəbul edilən formaların qorunub saxlanılmasını dəstəkləyir. Onlar dilin "korlanmaması" və ya "dəyişməməsi" üçün qaydalar tətbiq edirlər.